Paytaxt klubundan yola saldığı forvarda 2500 manatlıq JEST

4 Yanvar 22:40 Səbail 1 248
Paytaxt klubundan yola saldığı forvarda 2500 manatlıq JEST

"Səbail"i qış fasiləsində tərk edən ilk futbolçu Amil Yunanov oldu.

Forvard "Kəpəz"dən aldığı təklifə yox demədi.

Bayıl təmsilçisi də yaya kimi müqaviləsi olan futbolçusun istəyinə qarşı çıxmayınca, o, Gəncə təmsilçisinə icarəyə verildi.

Hətta paytaxt klubu Yunanovun gedişinə "yaşıl işıq" yandırmaqla bərabər başqa jest də edib.

Belə ki, Yunanov "Kəpəz"in uğurları üçün tər axıtsa da, onun maaşının yarısını "Səbail" ödəcəyəcək.

Söhbət təxminən 2500 manatlıq rəqəmdən gedir.

Ötən mövsümü “Şamaxı”da keçirən Amil yayda “Səbail”ə pənah gətirmişdi.

O, mövsümün birinci yarısında ikisi ölkə kuboku olmaqla meydana çıxdığı 14 qarşılaşmada 362 dəqiqə oynamaq imkanı əldə edib.

Və bu matçlarda 4 qol (Hamısı kubok görüşlərinə təsadüf edir), 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti