İstefa verdi, 2 ay işsiz qaldı, köhnə yerinə qayıtdı

3 Yanvar 21:20 Səbail 1 482
İstefa verdi, 2 ay işsiz qaldı, köhnə yerinə qayıtdı

Noyabrda “Kəpəz”in baş məşqçi postundan ayrılan Azər Məmmədovun işsiz günləri başa çatıb.

Bir neçə gün əvvəl 47 yaşlı mütəxəssisin məşqçilik karyerasını “Səbail”də davam etdirəcəyini xəbər vermişdik.

Artıq məsələ rəsmiləşib və Məmmədov yenidən futbola qayıdıb.

O, ötən mövsümün ikinci yarısında olduğu kimi, yenə “Səbail”də işləyəcək. Təbii ki, Şahin Diniyevin köməkçilərindən biri kimi.

Azər Məmmədov yanvarın 3-dən qış təlim-məşq toplanışına start verən komandanın hazırlığında iştirak edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti