“Bu, heyətdən kənarda qalmağıma əsas səbəbidir”

3 Yanvar 2024 23:40 Səbail 941
“Bu, heyətdən kənarda qalmağıma əsas səbəbidir”

"Uzun müddət zədələrim oldu. Bu, heyətdən kənarda qalmağıma əsas səbəb idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Adil Nağıyev deyib.

Müdafiəçi tədricən öz formasını bərpa etdiyini və qış fasiləsindən sonra stabil çıxış edəcəyinə ümidli olduğunu sözlərinə əlavə edib:

"Bir ilə yaxın komandadan uzaq qaldım. Bərpadan sonra 1 həftə məşq edib, yenidən zədə aldım.

Amma son 3 oyuna baxası olsaq pis çıxış etmədim. Nəzərə alaq ki, uzun fasilədən sonra meydana qayıtmışam.

İnanıram ki, qış fasiləsindən sonra komandaya daha çox köməyim dəyəcək".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti