“Qayıtmaq istəmirəm, öz yoluma baxıram” – İncik ayrılıb?

2 Yanvar 23:20 Səbail 1 413
“Qayıtmaq istəmirəm, öz yoluma baxıram” – İncik ayrılıb?

“O dönəm haqqında danışmaq istəmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə deyib.

Ötən ilin yayında “Sumqayıt”dan gələn cinah oyunçusu yetirməsi olduğu klubdan incik ayrılması haqda yayılan xəbərlərə münasibət bildirmək istəməyib:

“Hazırda “Səbail”dəyəm və burada xoşbəxtəm. “Sumqayıt” öz şəhərimin komandasıdır. Mən şəhərimi çox sevirəm.

O vaxt olanlara qayıtmaq istəmirəm, öz yoluma baxıram. İnşallah, hər şey daha yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti