Paytaxt klubunda gözlənilən məşqçi təyinatı niyə gecikir?

30 Dekabr 2023 11:20 Səbail 875
Paytaxt klubunda gözlənilən məşqçi təyinatı niyə gecikir?

“Kəpəz”in baş məşqçi postundan ayrılan Azər Məmmədovun işsiz günləri uzun çəkməyəcək.

Çalışdırıcı yenidən sabiq işinin başına dönəcək.

Söhbət onun “Səbail”də köməkçi məşqçi postuna qayıdışından gedir.

Əslində Gəncə təmsilçisindən ayrılandan az sonra "Dənizçilər"in başa məşqçisi Şahin Diniyev ona zəng edərək qaldığı yerdən işinə davam etməsini təklif edib.

Sadəcə Məmmədov bir qədər istirahətə ehtiyacı olduğunu bildirib.

Və Diniyevdən mümkünsə yeni ildən vəzifəsinin icrasını xahiş edib.

Təcrübəli mütəxəssis onun istəyini müsbət qarşılayıb.

Təyinatın gecikməsi də bununla bağlıdır.

Bayıl təmsilçisi bayram tətilindən sonra bir araya gəlib, hazırlığa start verəndə Azər Məmmədov da düşərgədə yer alacaq.

Xatırladaq ki, Azər Məmmədov ötən mövsüm “Səbail”də Şahin Diniyevin köməkçisi kimi çalışıb.

O, mövsümün əvvəl “Kəpəz”dən baş məşqçi postuna təklif alınca buradan ayrılmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti