"Səbail"də 70 min manatlıq qovğa – Bu pulu kimdən alıb geri qaytaracaqlar?

27 Dekabr 2023 14:00 Səbail 605
"Səbail"də 70 min manatlıq qovğa – Bu pulu kimdən alıb geri qaytaracaqlar?

Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.

İlin son iclasında qəbul olunmuş qərarlardan biri də "Səbail"lə bağlı olub.

Futbolçu Tural Bayramlının "Səbail"ə qarşı kompensasiya tələbi yerinə yetirilib. Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı isə ləğv olunub.

Nəticədə "Səbail"in Bayramlıya 70.min manat ödəməsi haqda əmr çıxarılıb.

Apellyasiya Arbitraj Tribunalının qərarları

1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. “İddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.

3. Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.

4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin

6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

Beləcə, Turalın aylar öncə qaldırdığı, iki instansiyadan keçən müraciəti müsbət sonuclanıb. Bu ilin yayında Bayıl klubunu «Araz-Naxçıvan»a dəyişən yarımmüdafiəçi artıq rahat nəfəs ala bilər. İndi çətinliyə düşən tərəf Fərəc Əliyevdir.

2017-ci ildən «Səbail»də müxtəlif vəzifələr tutan və bu ilin yayında görəvdən alınan sabiq funksioner Bayramlı ilə əlaqədar məsələyə görə cavab verməli olacaq.

Hər halda redaksiyamıza daxil olan məlumata görə, «Səbail» rəhbərliyi 70 min manatı ödəmək fikrində deyil. Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarın icrası keçmiş idman direktora yönləndiriləcək.

Çünki proses onun dönəmində baş verib və qalmaqala gətirib çıxaran sənədlərə də o, imza atıb. «Farik» ləqəbli eks idarəçinin buna görə «dənizçilər» tərəfindən məhkəməyə verilməsi də istisna edilmir.

Bunu da diqqətdən qaçırmayaq ki, Əliyev «Səbail»dən xoşluqla ayrılmayıb. Onu sözün həqiqi mənasında buradan qovublar. Vəzifədə çalışdığı müddəti əhətə edən hərtərəfli araşdırma aparılıb və bir çox neqativ hallar aşkarlanıb.

Sabiq idman direktorunun kluba böyük miqdarda maddi ziyan vurduğu məlum olub. Bəs bugünədək necə «məhşər ayağı»na çəkilməyib?

Biləsiz ki, AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov buna imkan vermyib.

Hazırda FİFA-nın Paris ofisində vaxtını keçirən E.Məmmədov ona bağlı kadrın yaxasını qurtarıb. «Səbail»in başbilənləri ilə arasındakı yaxın münasibətlərdən istifadə edərək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti