Azərbaycan millisinin forvardı paytaxt klubunu bölgə təmsilçisinə dəyişdi

28 Dekabr 2023 21:00 Səbail 1 083
Azərbaycan millisinin forvardı paytaxt klubunu bölgə təmsilçisinə dəyişdi

Amil Yunanov qış fasiləsində klubunu dəyişməyə hazırlaşır.

“Səbail”in forvardının xidmətində bir neçə klub maraqlıdır.

Amma hazırda ən real təklif “Kəpəz”də gəlib.

Adil Şükürov 30 yaşlı hücumçunu sərəncamında görməyi çox istəyir.

Millimizin üzvü də bu keçidə isti baxır.

Paytaxt klubunda çox şans qazanmayan “9 nömrə” daha çox oynamaq imkanı əldə edəcəyi yerə getməkdə maraqlıdır.

Keçidin baş tutması üçün isə "Səbail" Yunanov və bölgə klubuna yox deməyib.

Hazırda Yunanovun Bayıl təmsilçisi ilə yaya qədər qüvvədə olan müqaviləsi var.

O, Gəncə təmsilçisinə icarəyə verilib.

Ötən mövsümü “Şamaxı”da keçirən Amil yayda “Səbail”ə pənah gətirib.

O, mövsümün birinci yarısında ikisi ölkə kuboku olmaqla meydana çıxdığı 14 qarşılaşmada 362 dəqiqə oynamaq imkanı əldə edib.

Və bu matçlarda 4 qol (Hamısı kubok görüşlərinə təsadüf edir), 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti