Azərbaycan klubu 70 minlik cəzaya razılaşacaqmı? - YENİ AÇIQLAMA

28 Dekabr 2023 19:40 Səbail 541
Azərbaycan klubu 70 minlik cəzaya razılaşacaqmı? - YENİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.

İlin son iclasında “Səbail”in sabiq futbolçusu Tural Bayramlının nümayəndəsi Elcan Həsənlinin verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verilib.

Bildirilib ki, iddiaçı Tural Bayramlının cavabdeh “Səbail”ə qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilib.

Cavabdeh “Səbail” Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat ödəməli olacaq.

Amma məsələnin tam qapandığını demək olmaz.

Qarşıdakı 21 gün ərzində klub İdman Arbitraj Məhkəməsinə şikayət verə bilər.

Maraqlıdır, Bayıl təmsilçi bu addımı atacaq, yoxsa çıxarılan qərarın icrasına hazırlaşır?

Sorğumuza cavab olaraq komandanın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi:

"Klubun İdarə heyəti və Müşahidə Şurası mütəmadi olaraq toplaşır. Növbəti iclasda bu məsələ də müzakirə olunacaq və ondan sonra qərar veriləcək. İndi konkret nəsə deyə bilmərik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti