Azərbaycanlı hücumçu xəstəxanada hansı problemlərlə üzləşib?

14 Noyabr 2023 17:00 Səbail 700
Azərbaycanlı hücumçu xəstəxanada hansı problemlərlə üzləşib?

“Səbail”in hücumçusu Ağabala Ramazanovun sağlıq durumu yaxşılaşıb.

O, bu həftə xəstəxanadan evə buraxılacaq.

Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcək.

Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra o, xəstəxanaya çatdırılıb.

Hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.

Böyük ehtimalla, Ağabala dekabrın ikinci yarısında fərdi məşqlərə başlayacaq. Onun komandaya qoşulması isə gələn ilə qalacaq.

Ramazanov xəstəxanada qaldığı bugünlərdə xeyli çəki artıb. İlk günlər reanimasiyada qalan forvarda yalnız “sistem” köçürülüb.

Qida qəbul edə bilməyib. Beyni silkələndiyi üçün nə yeyibsə, geri qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti