
“Mənim rəhbəri olduğum şirkət respublikada ən öncüllərdəndir.
Razı ola bilmərəm ki, himayəmizə götürdüyümüz futbol komandası Azərbaycanda ən zəiflərdən biri olsun”.
“Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “Səbail”in məşqçi və futbolçularına belə bir sonuncu xəbərdarlıq edib.
O, “dənizçilər”ə AFFA-nın güzəştinə ümid bağlamamağı tapşırıb.
Vəliyev bildirib ki, federasiya gələn mövsüm Premyer Liqada iştirakçı sayını 12-yə çatdırsa belə, 10-cu pilləni tutsalar, komandaya maliyyə dəstəyini dayandıracaq:
“Mən “Səbail”i turnir cədvəlində axırıncı yerdə görmək istəmirəm. Bu, mənə ağır gəlir.
ASCO kluba hər cür şərait yaradıb. Mövsüm başlayanda fikirləşirdim ki, avrokuboklara vəsiqə qazana bilərik.
Buna böyük ümidim var idi. Çox təəssüflənirəm ki, belə bir vəziyyətlə üzləşdik”.
SPORTİNFO.AZ