Azərbaycanda oynamış məşhur “Çelsi”nin formasını geyinəcək

13 May 2023 00:40 Səbail 613
Azərbaycanda oynamış məşhur “Çelsi”nin formasını geyinəcək

Azərbaycanda oynamış məşhur futbolçu Maykl Essyen xeyriyyə matçında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, “Səbail”in sabiq yarımmüdafiəçisi İngiltərə klubu “Çelsi” ilə Almaniya təmsilçisi “Bavariya”nın ulduzları arasında təşkil olunacaq xeyriyyə oyununda meydana çıxacaq.

O, sentyabrın 9-da “Stemford Bric”də baş tutacaq qarşılaşmada əfsanəsi olduğu “Çelsi”nin formasını geyinəcək. Matçın bilet satışından əldə olunacaq gəlir hər iki klubun fondlarına bağışlanacaq.

Gəlirlərin bir hissəsi isə yanvarın 6-da vəfat edən “Çelsi”nin keçmiş futbolçusu Canluka Viallinin adı verilən xərçəng müalicəsi mərkəzinə köçürüləcək.

Maykl Essyen 2019-cu ilin martından iyununa qədər “Səbail”in heyətində çıxış edib. O, 2005-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"