Utanmaq hissini itirən klub funksionerini siz də tanıyın!

11 May 2023 20:00 Səbail 823
Utanmaq hissini itirən klub funksionerini siz də tanıyın!

“Səbail”in adından deyə bilərəm ki, bizdə kimisə xarici kluba satmaq, yaxud da icarəyə vermək imkanımız yoxdur.

Bunu etmək bizim üçün çətindir. İnşallah, gələcəkdə mütləq bunun üzərində işləməliyik.

Biz və bir neçə klub təklif etdik ki, həmin 150 min manatı klubun akademiyasına yönəldək. Ümid edirəm ki, elə də olacaq”.

Bu fikirlər paytaxt təmsilçisinin icraçı direktoru Fərəc Əliyevə məxsusdur.

İnsanda utanmaq hissi yaxşı şeydi vallah.

İlk öncə onu deyim ki, AFFA-nın bu formada klublara müdaxiləsin yersiz hesab edirəm. Qadağalarla futbolçu yetişdirmək, futbolu inkişaf etdirmək olmaz.

Amma bu da əsas vermir ki, klub rəhbəri ağ yalanlar danışmağa başlasın. Bayıl təmsilçisinin yaranmasından 7 il, Premyer Liqada iştirakından isə 6 il keçir. Heç də az müddət deyil.

Arxada qalan mövsümlər aşağı-yuxarı bir qayda olaraq kollektiv aşağı sıralarda qərar tutub. Yalnız bir mövsüm sabiq çalışdırıcı Aftandil Hacıyevin fədəkarlığı sayəsində avrokuboklara getmək mümkün olub.

Bilirik ki, daim liderlər qrupunda yer alan, iddiası böyük olan klublarda gənc futbolçulara çox şans vermək imkanları az olur. Lakin "Səbail" kimi ciddi hədəfi olmayan, Premyer Liqada gün keçirən klublarda belə sıxıntı olmamalıdır.

AFFA rəhbərliyi də "sağ olsun" bu mövsümə kimi heç kimə Premyer Liqanı tərk etməyə imkan vermirdi. Sonuncu pillədə olsan belə.

İddialı deyilsən, birinci divizion qorxun yoxdur? Deməli, asanlıqla gəncləri oynatmaq, inkişaf etdirmək olardı. Hətta bu şərtlər altında belə bunu etməmisənsə gərək dilin qısa ola. Utanasan, danışmaqdan xəcalət çəkəsən.

"Səbail" yarananda 10-11 yaşı olan uşaqların indi 17-18 yaşı var. Hardadı həmin uşaqlar? Əsl Avropaya getmək, daha sanballı klublara keçid etmək zamanıdır. Federasiya həmin azyaşlılardan nə beşin istəyir, nə də onun. Sadəcə birini Avropaya göndərməyi xahiş edir. Və bu adamlar dəsmal götürüb ağlamaqla məşğuldur. Utanmaq əvəzinə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!