BİABIRÇILIQ! Klubun sponsoru baş məşqçiyə ƏMR ETDİ -  TEZ ONLARI DƏYİŞ!

9 May 2023 20:00 Səbail 3 906
BİABIRÇILIQ! Klubun sponsoru baş məşqçiyə ƏMR ETDİ -  TEZ ONLARI DƏYİŞ!

«Səbail»in baş məşqçisi Şahin Diniyev klubun sponsorlarından incik düşüb.

Narazılığın kökündə «Qəbələ» ilə keçirilən ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda baş verən hadisə dayanır.

Belə ki, «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) yüksək çinli şəxslərindən biri qarşılaşmanın ikinci hissəsinin əvvəlində onun işinə açıq-aşkar müdaxilə edib.

VİP-lojada əyləşən məmur oradan üzünü texniki zonaya tərəf tutaraq, Diniyevi səsləyib. Baş məşqçi əvvəlcə özünü eşitməzliyə vursa da, təkidli çağırışlardan sonra tribunaya boylanıb.

Bu zaman həmin şəxs 3 futbolçunun adını çəkərək, nümayişkaranə şəkildə «tez onları meydana burax» deyib.

Diniyev bir anlıq duruxub və sonra nə fikirləşibsə, VİP-lojadan gələn tapşırığı yerinə yetirib.

O. 52-ci dəqiqədə birdən-birə 3 dəyişiklik edib. Ruslan Hacıyevi Ağabala Ramazanovla, Emil Martinovu Adil Nağıyevlə Qoba Zakpanı Matiya Lyuyiçlə əvəzləyib.

Lakin bu da «Səbail»i məğlubiyyətdən xilas etməyib. 48-ci dəqiqədə İsnik Aliminin yerinə yetirdiyi penalti zərbəsi «Qəbələ»yə ikinci oyunda da qələbə gətirib.

Qəbələdəki ilk görüşdə də 3:2 hesabıyla qazanan «qırmızı-qaralar» finala yüksələn tərəf olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"