
Şahin Diniyevin "Səbail"də işləri yolunda getmir.
Qış fasiləsində komandanın başına gətirilən təcrübəli mütəxəssisdən gözləntilər böyük idi.
Amma arxada qalan 4 ayda Bayıl təmsilçisi onun rəhbərliyi altında ciddi sıçrayış əldə edə bilməyib.
Paytaxt klubu hələ də turnir cədvəlinin "zirzəmisi"ndən çıxa bilmir.
Amma pozitiv məqamlar da yox deyil.
Belə ki, Şahin müəllimin gəlişindən sonra "Səbail" ev oyunlarında qarşısıalınmazdır.
Qışdan sonra cəmi 12 xal toplamaq mümkün olub. Hamısın da ev oyununda.
Doğma divarlar arasında baş tutan 7 qarşılaşmadan 3-də qələbə qazanılıbsa, 3-də bərabərlik qeydə alınıb. Yalnız "Sumqayıt" "ASCO Arena"dan 3 xalla qayıda bilib.
"Sabah" və "Zirə" kimi iddialı kollektivlər məğlub edilibsə, "Neftçi" və "Qəbələ" kimi sanballı rəqiblərlə oyunlarda bərabərlik əldə olunub.
Əgər Diniyev evdə matçlarında olduğu kimi, səfər görüşlərində də oynamağın sirrini tapa bilsəydi, yəqin ki, bu gün daha üst pillələrdə qərarlaşa bilərdi.
XANOĞLAN / SPORTİNFO.AZ