ŞOK XƏBƏRDARLIQ ETDİ: “Premyer Liqada qalmasaz, mən gələn mövsüm kluba vəsait ayırmayacam”

3 May 2023 19:40 Səbail 4 720
ŞOK XƏBƏRDARLIQ ETDİ: “Premyer Liqada qalmasaz, mən gələn mövsüm kluba vəsait ayırmayacam”

«Səbail»in prespektivi cari mövsüm əldə edəcəyi nəticələrə bağlıdır.

Bununla bağlı xəbərdarlığı «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev səsləndirib.

Komandanın ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində dayandırması, Premyer Liqada məğlubiyyətləri sıralaması baş sponsoru bir qədər də qəzəbləndirib.

«Dənizçilər»ə kifayət qədər maliyyə ayıran, amma bunun qarşılığında göstəricilərdə tapmayan R.Vəliyev son xəbərdarlığını edib.

O, Şahin Diniyevin çalışdırdığı kollektivə «Premyer Liqada qalmasaz, mən gələn mövsüm «Səbail»ə vəsait ayırmayacam » mesajı göndərib.

İdarə Heyətinin sədri bildirib ki, klub I Diviziona yuvarlanarsa, futbol sferasını birdəfəlik tərk edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti