Mən bu şəxsə necə inanım?

2 May 2023 16:00 Səbail 744
Mən bu şəxsə necə inanım?

Şahin Diniyev bir çoxuna oxşamır.

Başqa adamdır.

Nala-mıxa vurmaqda, gah elə, gah belə danışmaqda əksər həmkarlarına «fora» verər və verir.

Rauf Allahverdiyevin öncə «Qəbələ»nin qapısına təyin eləyib, sonra qərarını dəyişdiyi epizodun arasında bir görüntü diqqətimi çəkdi.

Referi VAR kamerasına yaxınlaşanda, Diniyev yazıq görkəm, məsum sifət aldı, gözləri və əlləri ilə onu təsiri altına çəkmək istədi.

Bu mənzərənin şahidi bir də «CBC Sport»da Diniyevi izləyir və eşidir ki, o, «mən baş hakimin VAR-a baxıb qərarında qalacağına inanmırdım» söyləyir.

Əcəb adamdır, vallah! Allahverdiyevin qarşısında o cür sifət almağı nə idi, sonra çıxıb canlı efirdə elə danışmağı nə idi!

Hələ deyir ki, futbolçularla çox sərt formada danışıb. A kişi, mövsümün başa çatmasına sayılı həftələr qalıb e, bu, nəvaxtın sərt danışığıdır?!

Diniyevin söylədikləri ləzgi qardaşların məşhur xəncər lətifəsini yadıma salır. Eynən həmin söhbətdir.

Bəlkə də «Səbail» son dörd turda nəticə baxımından çevriliş edəcək, «Şamaxı»nı özündən aşağı çəkəcək.

Bu hadisə olsa da, olmasa da, mənim klub rəhbərliyinə bir tövsiyəm var: Diniyevi maydan o yana Bavılda saxlamasınlar.

Beş aydır iş başındadır, 5 qəpiklik iş görməyib.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti