“Isparta 32 Spor”un müdafiəçisi yenidən Azərbaycan klubunda?

29 Aprel 2023 02:50 Səbail 889
“Isparta 32 Spor”un müdafiəçisi yenidən Azərbaycan klubunda?

Azərbaycanın U-21 yığmasının və “Isparta 32 Spor”un müdafiəçisi Samet Karakoç yenidən ölkəmizə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 20 yaşlı futbolçunun xidmətində maraqlı olan Premyer Liqa klublarımız var.

Onların arasında yer alan komandalardan biri “Səbail”dir. Belə ki, Bayıl təmsilçisi yüksək liqadakı yerini qoruyub-saxlayarsa, Samet üçün hərəkətə keçəcək.

Lakin onu istəyən tək klub da “Səbail” deyil. “Isparta 32 Spor”la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq Karakoçun yeni mövsümə Azərbaycanda, yoxsa Türkiyədə başlayacağı hələ ki, dəqiq deyil.

“Bayrampaşaspor”un yetirməsi olan yığmamızın üzvü 2022-ci ildə “Qəbələ”yə keçsə də, oradakı karyerası uğurlu alınmamışdı. Buna görə də, futbolçu sonradan Türkiyəyə qayıdaraq hazırkı klubu ilə müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti