Futbolçular baş məşqçidən kbməkçisinə şikayət etdilər – Ona de ki…

27 Aprel 2023 16:40 Səbail 875
Futbolçular baş məşqçidən kbməkçisinə şikayət etdilər – Ona de ki…

«Səbail»in baş məşqçisi Şahin Diniyev növbəti dəfə futbolçuları özündən narazı salıb.

Standart və köhnəlmiş hazırlıq metodundan istifadə edən çalışdırıcı «dənizçilər»i yorub.

Gündəlik məşq prosesindən şikayətçi düşən oyunçular bu barədə onun köməkçisi Azər Məmmədova öz sözlərini deyiblər.

Diniyevdən daha çox, yardımçısına isti münasibət bəsləyən komanda üzvləri bu vəziyyətin hamının əhval-ruhiyyəsini korladığını bildiriblər.

Məmmədovdan xahiş edibər ki, baş məşqçiyə bu barədə məlumat versinlər, yoxsa psixoloji vəziyyət bir qədər də gərginləşəcək.

Onlar Premyer Liqada uğursuz çıxış etmələrinin səbəbini hazırlıq planının düzgün qurulmaması ilə əlaqələndiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti