"Siyasətə nifrət edirəm, ofisdə oturub telefonla danışmaq məni xoşbəxt etmir"

26 Aprel 2023 00:30 Səbail 360
"Siyasətə nifrət edirəm, ofisdə oturub telefonla danışmaq məni xoşbəxt etmir"

"Siyasətə nifrət edirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in sabiq müdafiəçisi Maykl Essyen "DW Sport"a açıqlamasında deyib.

Qanalı veteran futbolçu bildirib ki, heç vaxt siyasətə qoşulmayacaq:

"Ofisdə iş görməkdənsə, biliklərimi meydanda gənc oyunçulara ötürməyə üstünlük verirəm.

Onların yanında olmağı sevirəm. Futbolçularla danışır, onlara məsləhətlər verirəm. Ofisdə oturub telefonla danışmaq məni xoşbəxt etmir".

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək "Səbail"in formasını geyinib. O, "dənizçilər"in U-19 komandasına da başçılıq edib.

Afrikalı keçmiş yarımmüdafiəçi paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.

Afrikalı Fransanın "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və Yunanıstanın "Panatinaikos" komandalarının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti