Bu komandada özünü qurban verməyə hazır olan legioner var

20 Aprel 2023 23:40 Səbail 578
Bu komandada özünü qurban verməyə hazır olan legioner var

“Bu səviyyədə oyunlarda ən kiçik texniki və ya taktiki səhvlər özünü dərhal göstərir. Çox məyus oldum, çox”.

“Səbail”in futbolçusu Qoba Zakpa Sportinfo.az-a açıqlamasında komandasının “Qəbələ” ilə matçda aldığı yenilgini şərh edib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Qəbələ” – “Səbail” matçında qonaqlar 2:0 hesabı ilə önə keçsə də, qələbə hesabını qoruya bilmədi.

Nəticədə Elmar Baxşıyevin yetirmələri 3 qol vuraraq istəyinə çatdı.

“Dənizçilər”in kot d ivuarlı hücumçusu məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasında qalib gəlib, finala yüksəlmək iqtidarında olduqlarını bildirib:

“Futbolda mümkünsüz heç nə yoxdur. İlk oyunda onları təhlükəyə atmağa qadir olduğumuzu göstərdik.

İki top vurmağımız təsadüf yox, gücümüzün göstəricisiydi. Cavab görüşündə qol vurmalı, qapımızdan qol buraxmamalı, yekun nəticədə qalib gəlməliyik.

Bunu bacaracağımıza inanıram. Nə olursa olsun, özümüzü “Səbail” yolunda qurban verməyə hazır olduğumuzu göstərməliyik. Finalda oynamaq üçün mütləq qalib gəlməliyik”.

Komandalar arasında cavab qarşılaşması aprelin 27-də “ASCO Arena”da keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti