
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri başa çatdı.
“Səbail” çətin Qəbələ səfərində 2:0-lıq qələbə hesabını qoruya bilməyərək 90 dəqiqənin yekununda meydanı məğlub tərk etdi – 2:3.
Komandanın səfərdə inamlı təsir bağışlaması boşuna deyilmiş. “Qəbələ” ilə oyuna yarımcan heyətlə yollanan “dənizçilər” hələ Bakını tərk etməmiş sponsordan vacib xəbər alıb.
Finala yüksəlməyin mükafatı 5 min manatdır!
Yəni mümkün uğurda daha çox pay sahibi olan hər bir futbolçu bu qədər qazanacaq. Digərlərinə isə faizə böləndə bir qədər az düşəcək.
Odur ki, “Səbail”lilər azı 1 ayın maaşı qədər qazanmaq istəyirsə, “Qəbələ” səddini keçlməlidir. Kuboku klubun muzeyinə gətirməyin “ənam”ı isə bu məbləğin iki qatı olacaq.
Yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq “Səbail” – “Qəbələ” görüşü aprelin 27-də keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ