Görün, "Neftçi"dən ayrılan gəncin önünü Diniyev necə kəsdi!

18 Aprel 2023 23:00 Səbail 1 740
Görün, "Neftçi"dən ayrılan gəncin önünü Diniyev necə kəsdi!

“Səbail”in ötən yay heyətinə qatdığı gənc futbolçulardan biri də Nihad Quliyev olmuşdu.

Gənc futbolçu şəxsən sabiq baş məşqçi Mahmud Qurbanovun istəyi ilə “Neftçi-2”dən Bayıl təmsilçisinə cəlb edilmişdi.

İnsafən, pis də təsir bağışlamırdı. Qurbanovun davamlı güvəndiyi oyunçu artıq qısa müddətdə futbol ictimaiyyətində özü haqqında müsbət fikirlər yaratmağı bacarmışdı.

Əbəs deyil ki, qışa kimi üçü ölkə kuboku olmaqla 12 oyunda start heyətində meydana çıxmışdı.

Ölkə kubokunda “Sabah” səddinin keçilməsində (3:2, 1:0) 180 dəqiqə meydanda olan mərkəz müdafiəçisinin də böyük əməyi olmuşdu.

Düşünmək olardı ki, Premyer Liqada debüt ili olan gənclər millimizin üzvü ikinci yarı daha yaxşı çıxış sərgiləyəcək.

Sən saydığını say, gör, Şahin Diniyev nə sayır...

Qış fasiləsi ərəfəsində Diniyevin gözlənilmədən paytaxt klubuna təyinat alması ilə Nihadın da qara günləri başlamış oldu.

Təsəvvür edin ki, mövsümün ilk yarısında komandanın ən sabit oyunçularından olan 21 yaşlı futbolçu qışdan sonra yeni baş məşqçinin 1 dəqiqə olsun etimadını qazanmayıb.

Yəqin ki, belə gedişat futbolçunun yayda klubdan ayrılmasını labud edəcək. Əgər Şahin Diniyev öz postunda qala bilsə.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi