Şahin Diniyev: "Futbol xəyanəti sevmir"

14 Aprel 2023 20:50 Səbail 507
Şahin Diniyev: "Futbol xəyanəti sevmir"

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu qatıldığı bir reklam çəkilişi zamanı gələcəklə bağlı qərar qəbul etmədiyini bildirib:

"Gələcəyin mənə nələr gətirəcəyini bilmirəm. Bu barədə xəyal qurmağı və düşünməyi sevirəm. Amma necə olacağını həqiqətən bilmirəm. Hər şey olmalı olduğu kimi də olacaq. Yəni tanrı necə istəsə, elə olacaq".

Hakim idarəçiliyindən razı qaldınız?

- Mən heç vaxt hakimdən danışmıram. Amma həmişə vacib oyunlarda bəzi epizodlarda bizə qarşı qərarlar verilib. Əgər bir komandanın qapısına 10 penalti təyin olunub və 5 qırmızı verilibsə... Faktlar var. 1-ci dəqiqədə cərimə varsa, niyə vermirsən? Kiçik səhvlərin nəticəsi böyükdür. Hakimdən narazı qaldım. Nəinki bu oyunda. Bir çox matçlarda hakimlikdən narazıyam. Təkcə məndə yox, bütün klublarda bu narazılıqlar var.

- Sizə elə gəlmir ki, "Sabah" üzərindəki qələbədən sonra futbolçularda eyforiya var?

- İnanın səmimiyyətimə, elə şey olmayıb. Siz ancaq meydançaya çıxanda görürsüz. Elə məqamlar var ki, onu mən görürəm. Eyforiya görmədim. Komandanın istəyi çoxdur, xarakter göstərir. Sadəcə, bu gün "Zirə" çox yaxşı futbol oynadı. Hər futbolçu komandanı Premyer Liqada saxlamaq üçün çalışır.

- Samir Məhərrəmli ilə Qoba Zakbanı daha tez meydana buraxmaq olmazdı?

- Məşqçi oyunu beynində aparır. Bəlkə də sizinlə razıyam, bəlkə də razı deyiləm. Hesab 0:2 olarkən bir qol vursaydıq, oyunun ahəngi başqa cür ola bilərdi. Mütləq mərkəzdən bir oyunçu çıxarmalı idik. Maksim Çex müdafiəyəmeyilli futbolçudur. Onu çıxarandan sonra boşluq olacağını bilirdik. Bu dəyişikliyi daha tez etsəydik, 3-cü, 4-cü qolu buraxa bilərdik. Hesabı saxlamaq üçün gözlədik.

- Premyer Liqada qalmaq üçün kuboku qurban verməyə hazırsız?

Futbol xəyanəti sevmir. Oynamaq lazımdır. Mən heç vaxt futbola xəyanət etmərəm. Kuboka ciddi yanaşmayıb bütün gücü çempionatına qoysaq, onda da alınmayacaq. Hər oyuna maksimum üçün çıxmaq lazımdır. Mənə desələr ki, kuboku verib, çempionatda qalacaqsız. Belə olan halda bəlkə də. Lazımsız oyun yoxdur. Hər iki cəbhədə vuruşacağıq. Yanlış anlaşılmasın sözlərim. Hər hansı anlaşmadan söhbət getmir. Sadəcə Allah tərəfindən belə şans verilsə, əlbəttə çempionatı seçərəm.

- Çempionatda qalmaq mübarizəsi son tura kimi gedəcək?

- Əvvəl hamı deyirdi ki, 30 xalla çempionatda qalmaq olar. Kimin harada itirib, harada qazanacağını təxmin etmək mümkün deyil. Proqnozların hamısı səhv gedir. Kim gözləyirdi ki, biz və "Şamaxı" "Sabah"ı udacaq. Belə matçlar olacaq. Bizim ən böyük səhvimiz 6 xallıq matçlarda məğlub olmağımızdır. Bu, bizi geri atdı. Yüz faiz deyirəm ki, "Şamaxı" ilə matçda penalti yox idi. "Sumqayıt"la oyunda rəqibə qırmızı vərəqə verilmədi. Heç VAR da baxmadı. Amma bu gün VAR hər şeyə baxırdı. Sona kimi vuruşacağıq.

- Hazırda söhbət gəzir ki, növbəti mövsüm Premyer Liqada 12 komanda olacaq. Yəni çempionatı tərk edən olmayacaq. Buna inanırsız?

- Bir baş məşqçi kimi yox, futbol adamı kimi cavab verim. Tək "Səbail"in adına demirəm. İstəmirəm ki, "Şamaxı", "Kəpəz", "Sumqayıt", nə də "Səbail" çempionatı tərk etsin. Dördünün də arqumentləri var. "Səbail"də qurulan akademiya var. Sponsor var ki, komandanı arxasınca aparır. Bu gün futbolda maliyyənin nə qədər çətin olduğunu bilirsiniz. Keçək "Kəpəz"ə. Gəncə kimi böyük şəhərdə futbolun olmamağı günahdır. "Şamaxı" gözəl komanda qurub, gənclər yetişir. Bunlar niyə olmamalıdır? Həmçinin "Sumqayıt" kimi şəhərin komandasının olmaması yaxşı hal deyil. 4 komandanın biri I Diviziona yuvarlansa, çox şey itirəcəyik. Bu komandaların heç biri autsayder deyil, hamısı başabaş futbol oynayır. Faktlarla dedim. Bu gün futbolçu qıtlığı var. Həm komandada 4 yerli oynayanda cəmi 40 futbolçu edir. Klubların sayının artması əlbəttə ki, yaxşı olar. Kiminsə aşağı liqaya düşməsi bizə nə verəcək? "Araz Naxçıvan" I Divizionda çempion olub, mütləq Premyer Liqaya gəlməlidir. Amma daha bir komandanın gəlməsi yaxşı olar. Hansısa əyalət komandasının Premyer Liqada iştirak etməsi çempionata rəng qatacaq. Bu 4 komandanın hər biri çempionatda qalmağa layiqdir. Bu gün 180 insan "Səbail"də işləyir. Birdən-birə bunun üstündən xətt çəksək, necə olar?

Digər Xəbərlər
Xəbər Lenti