İclasda ona "əşşi, sən futbolçu deyilsən" dedilər, acığını bu cür çıxdı - QEYRİ-ETİK OLAY!

13 Aprel 2023 15:00 Səbail 3 952
İclasda ona "əşşi, sən futbolçu deyilsən" dedilər, acığını bu cür çıxdı - QEYRİ-ETİK OLAY!

Qoba Zakpa Premyer Liqanın 29-cu turunun qəhrəmanı oldu.

Kot d ivuarlı hücumçu «Sabah»la qarşılaşmanın 90+5-ci dəqiqəsində səhnəyə çıxdı və «Səbail»ə 2:1 hesablı qələbə gətirən qolu vurdu.

Bundan bir qədər öncə (88-ci dəqiqədə) Franko Mazurekin yerinə meydana daxil olmuş afrikalı forvard qolunu adi formada qeyd etmədi.

O, üzünü VİP-lojaya tərəf çevirərək, əliylə qeyri-etik jest göstərdi. Sevincini komanda yoldaşlarından gizlədən legioner həmin hərəkəti bir neçə dəfə təkrarladı.

Təbii, bunun səbəbi var. Axı son dəqiqədə qələbə qoluna imza atan futbolçuların uçmağa qanadı olmur.

Zakpa tam əksini etdi, hirsini büruzə verdi. «Niyə belə etdi» deyə soruşursuzsa… Qoy, deyək!

Deməli, klub rəsmilərindən biri matçdan öncə təşkil olunan toplantıda Zakpanı aşağılayıb.

Həmin funksioner forvarda buradakı qazancını, həmçinin Premyer Liqada cəmi 2 vurmasını xatırladıb. Daha sonra ona «sən harada oynamısan» sualı verib.

Tərcüməçi vasitəsilə barəsində deyilən sözləri eşidən əcnəbi hücumçu təəccüb içində donub qalıb və yalnız «Kiprdə oynamışam» deyə bilib.

Aldığı cavabdan razı qalmayan qarşı tərəf «əşşi, sən futbolçu deyilsən» söyləyib.

Zakpa «Sabah»ın qapısından keçirdiyi topa sevinməyib əl-qol hərəkəti etməklə, məhz bu şəxsə ismarıc göndərib.

Qoba Zakpa Azərbaycana Kiprdən - "Etnikos"dan gəlib. 31 yaşlı forvard 2020-ci ildən "Etnikos"da çıxış edirdi. O, burada 54 matç keçirib, 8 qola imza atıb.

Afrikalı hücumçu daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti