
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” bunun öhdəsindən gələrsə, qışda həyata keçirə bilmədiyi transferləri yayda reallaşdırmağa çalışacaq.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Bayıl təmsilçisi qışda heyətini Sərdar Sərdarovla gücləndirməyə yaxın olub.
Amma sonda danışıqlar yarımçıq dayandırılıb. “Səbail” Premyer Liqadakı yerini qoruyub-saxlaya bilsə, 29 yaşlı futbolçunu yay təlim-məşq toplanışına cəlb ediləcək.
“Anji”, “Ural”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezeköveşd”, “İstra”, “Aktobe”də oynamış Sərdarov qışda Özbəkistanın “Soqdiana” klubuna keçib.