
“Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev baş sponsoru olduğu “Səbail”ləı bağlı maraqlı göstəriş verib.
O, bununla əlaqəli tapşırığını komanda ilə keçirdiyi iclasda səsləndirib.
Belə ki, uğursuz nəticələrdən bezdiyini söyləyən R.Vəliyev “formanın önünə yazdığımız “ASCO”nu oradan çıxaracam. Tapşıracam, onu söksünlər. Deyəcəm, gedib özünüzə başqa forma taparsız. Siz “ASCO” yazılmış formanı geyinməyə layiq deyilsiz. Kluba bu qədər pul xərcləyirik, ortada heç bir nəticə yoxdur” deyib.
Bu sözdən sonra baş məşqçi Şahin Diniyev ona müraciət edib.
Ötən ilin dekabrında görəvə gəlmiş çalışdırıcı üzünü patronuna tərəf tutaraq, “xahiş edirik, bizə növbəti dəfə şans verin, formanın üzərindən o adı sildirməyin” söyləyib.
SPORTİNFO.AZ