Klubun şefi büdcəni artırdı – Liqada qalın, iki dəfə çox pul alın!

11 Aprel 2023 14:40 Səbail 1 287
Klubun şefi büdcəni artırdı – Liqada qalın, iki dəfə çox pul alın!

Premyer Liqada mövsümün başa çatmasına cəmi 7 tur qalıb.

Bilindiyi kimi, son pilləni tutan iştirakçı I Diviziona yuvarlanacaq.

Sezonun «bədbəxt»i olmamaq üçün 4 komanda «ölüm-dirim» mübarizəsi içindədir. Hazırda ən çətin durumda olan komanda «Səbail»dir.

Bayıl təmsilçisi «Səbail»lə birlikdə 21 xal toplasa da, axırıncı yerdədir. «Dənizçilər»in rəhbərliyi çıxış yolunu büdcəni genişləndirməkdə görüb.

Klubun şefi Rauf Vəliyev bu barədə futbolçulara xoş xəbərdarlıq edib. O, mükafat fondunun artırılması barədə kollektiv üzvlərini məlumatlandırıb.

«Səbail»lilər qarşıdakı 7 həftədə qazanacağı hər qələbəyə görə əvvəlkindən 2 dəfə çox «ənam» alacaq. Başqa sözlə, oyunçular hər həftə 3000-4000 manat məbləğində gəlir əldə etmək imkanı yaxalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti