Azərbaycanlı baş məşqçinin sevinc dəqiqələri: Qucaqlayıb öpdü, ağladı - VİDEO

11 Aprel 2023 11:20 Səbail 1 017
Azərbaycanlı baş məşqçinin sevinc dəqiqələri: Qucaqlayıb öpdü, ağladı -  VİDEO

Premyer Liqanın 29-cu turu «Səbail»in üzünü güldürdü.

«Dənizçilər» ardıcıl uğursuz oyunlar seriyasına «Səbail»lə qarşılaşmada son qoydu.

Bayıl təmsilçisi 90+5-ci dəqiqədə Qoba Zakpanın vurduğu qolla 2:1 hesablı qələbəsini rəsmiləşdirdi.

Bu qol ev sahiblərinin texniki zonasında inanılmaz ab-hava yaradıb. Şahin Diniyev sevincini topdaşıyan uşağı qucaqlayıb öpməklə qeyd edib.

Daha sonra texniki zonadakı yerində əyləşən baş məşqçi göz yaşlarını saxlaya bilməyib. Bu zaman köməkçisi Azər Məmmədov həyacandan özünü itirən çalışdırıcıya sarılıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!