Premyer Liqa azarkeşlərinin marağına səbəb olan şəxs kimdir elə?

9 Aprel 2023 22:20 Səbail 2 068
Premyer Liqa azarkeşlərinin marağına səbəb olan şəxs kimdir elə?

“Səbail”in oyunları zamanı bir nəfər xüsusilə diqqət çəkir.

Futbolçulardan hansısa biri zədələnəndə əlindəki çanta ilə həkimlə birlikdə “hadisə yerinə” qaçan şəxsin iş bacarığına qarışmırıq.

Azarkeşlərin və jurnalistlərin diqqətini çəkən həkim funksiyasını yerinə yetirən adamın kifayət qədər gənc görünməsidir. Kənardan baxanda ən yaxşı halda 18-20 yaş vermək olur.

Maraqlıdır, bu yaşda biri peşəkar futbol klubunda hansı görəvi yerinə yetirir? İşinin öhdəsindən nə dərəcədə gəlir?

Qısa araşdırma nəticəsində məlum oldu ki, həmin şəxs “Səbail”in əsas komandasında masajçı kimi çalışır.

Qüdrət Rizvanov 2000-ci ildə anadan olub və Azərbaycan Respublikası SBS tədris məktəbinin Ümumi masaj kursunu diplomla bitirib.

Futbolda ilk addımlarını “Zirə”nin əvəzedici komandasında atan Rizvanov daha sonra 3 il “Neftçi”nin U-19 komandasında çalışıb. Bununla yanaşı “Hicama” və “Kinezis Rehab” sağlıqlı yaşam mərkəzində işləyib.

HƏBİB / SPORTİNFO AZ

Digər Xəbərlər
Xəbər Lenti