Azərbaycan klubundan ŞİRNİKLƏNDİRİCİ… Son variant

8 Aprel 2023 17:40 Səbail 1 017
Azərbaycan klubundan ŞİRNİKLƏNDİRİCİ… Son variant

Dünən Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

Sonuncu pillədə yer alan «Səbail» bu gün Bayılda «Sabah»ı qəbul edir.

Masazır təmsilçisi avrokuboklara vəsiqəni özü üçün təmin eləyib və artıq nisbətən rahatdır. Son həftələrdə uğursuzluq seriyasından çıxa bilməyən «dənizçilər» isə bundan yararlana bilər.

Axırıncı yerdən qurtulmaq üçün stimul da var - klubun baş sponsoru olan «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) yüksək mükafat qoyub.

«Səbail» ikinci pillənin sahibinə qalib gələrsə, hər futbolçusuna 3200-3500 manat civarında pul ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti