"Səbail"in yarımmüdafiəçisi Ağabala Ramazanov Sportinfo.az-a açıqlama verib.
Kapitan öncə son turda "Kəpəz"ə məğlub olduqları (0:1) Gəncə səfərindən danışıb:
"Ağır oyun oldu. Sona 7 tur qalıb və hər bir görüş bizim üçün çox vacibdir. "Kəpəz"lə oyunun çətin keçəcəyini əvvəldən bilirdik.
Oyuna qələbə üçün çıxmışdıq. Təəssüflər olsun ki, nəticə istədiyimiz kimi olmadı və məğlub olduq".
Təcrübəli futbolçu meydançanın ot örtüyünün bərbad durumda olmasını xüsusi qeyd edib:
"Stadionun ot örtüyü çox pis vəziyyətdə idi. Bu cür hal bütün futbolçular üçün çətinlik yaratdığını düşünürəm.
"Kəpəz" neçə vaxtdır bu vəziyyətdə oynayır. Öz meydanlarında yaxşı nəticə qazanan komandadır. Bu örtüyə nisbətən olsa da öyrəşiblər".
Paytaxt təmsilçisini bu tur daha ağır sınqa gözləyir. Belə ki, Şahin Diniyevin yetirmələri bu gün doğma meydanda avrokuboklada vəsiqəni indidən rəsmiləşdirən "Sabah"ı qonaq edəcək.
Ağabala rəqibin kimliyindən asılı olmayaraq sona qədər mübarizə aparacaqlarını iddia edib:
"Qarşıda bizi 8 çətin oyun gözləyir. Rəqibin kimliyindən asılı olmayaraq hər oyunda sona kimi mübarizə aparırıq.
İnşallah, qalib gəlib, düşdüyümüz "qara zolaq"dan uzaqlaşacağıq".
XANOĞLAN

