Klubun şefi legionerləri hamının içində yerlə bir etdi – Bundan sonra özüm…

7 Aprel 2023 09:40 Səbail 906
Klubun şefi legionerləri hamının içində yerlə bir etdi – Bundan sonra özüm…

«Səbail»in rəhbəri Rauf Vəliyev komandanın legioner siyasətini sərt tənqid edib.

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri bu barədə fikirlərini klubdaxili toplantıda dilə gətirib.

Baş sponsor cari mövsümdəki uğursuz çıxışı əsasən yanlış transfer siyasətində görüb. O bildirib ki, düşərgəyə cəlb olunmuş əksər əcnəbi oyunçular tələblərə cavab vermir.

Rauf Vəliyev onların səviyyəsinə şübhə ilə yanaşıb, yayda komandada ciddi islahatların aparılacağını söyləyib.

Ümumiyyətlə, bir çox futbolçuların kollektivə can yandırmadığını, meydanda vaxt keçirdiyini deyən patron qeyd eləyib ki, transfer bazarlığını bundan sonra şəxsən öz nəzarətində saxlayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti