«Mən sonadək baş məşqçinin arxasındayam».
«Səbail»in rəhbəri Rauf Vəliyev belə açıqlama ilə çıxış edib.
«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri klubdaxili toplantı keçirib.
O, Premyer Liqada uğursuz çıxış edən komanda üzvləri ilə sərt dildə danışıb, hətta onların üstünə qışqırıb.
Turnir cədvəlində axırıncı yerdə getməyin qəbuledilməz olduğunu bildirən R.Vəliyev Şahin Diniyevə etimad göstərdiyini açıq şəkildə dilə gətirib.
«Dənizçilər»in baş sponsoru ötən ilin dekabrında görəvə gələn çalışdırıcıya inamının itmədiyini, ona dəstəyini davam etdirəcəyini söyləyib.
SPORTİNFO.AZ

