Klubun patronu iclas keçirdi, əsəbiləşdi: "Niyə oynamırsız, nəyiniz çatışmır?"

4 Aprel 2023 21:20 Səbail 1 511
Klubun patronu iclas keçirdi, əsəbiləşdi: "Niyə oynamırsız, nəyiniz çatışmır?"

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»də təcili toplantı keçirib.

Klubun baş sponsoru yığıncaqda kifayət qədər sərt fikirlər səsləndirib.

Komandanın Premyer Liqada uğursuz çıxış etməsindən məyus olan R.Vəliyev məşqçi və futbolçuları danlayıb.

O, kollektiv üzvlərinə əsəbi onda «niyə oynamırsız» sualı ünvanlayıb. Sonuncu pillədə olmağın «Səbail»ə yaraşmadığını söyləyən patronun iradına cavab verən olmayıb.

Klubun birinci şəxsi daha sonra «nəyiniz çatışmır» deyə, soruşub. Maraqlıdır ki, bu zaman da iclas zalına ölü sükut çöküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti