Premyer Liqanın 28-ci turunda "Kəpəz" doğma meydanda "Səbail"i qəbul edib.
Elitadakı yerini qorumaq uğrunda mübarizə aparan komandaların dueli kifayət qədər gərgin mübarizə şəraitində keçib.
İlk hissə başa çatandan sonra paltardəyişmə otağının yolunu tutan qonaq futbolçular yerli publikanın sərt təpkisi ilə üzləşib.
Ayrı-ayrı futbolçulara atmaca atan gəncəli azarkeşlər Emil Balayevə qeyri-adı şəkildə təsir göstərməyə çalışıb.
"Kəpəz"" fanatları milli üzvünə "5 qol necə idi, ləzzət elədi?" sualını ünvanlayıb. Emil atmacanı eşitsə də, tribunalara reaksiya verməyib.
Martın 27-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş oyunda İsveç millisi Azərbaycan yığmasının qapısından 5 cavabsız top keçirib. Səfər görüşündə seçməmizin qapısını Emil Balayev qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

