Mövsümün əvvəlində büdcəsi artırılan "Səbail" naşı idarəçiliyin qurbanına çevrilib.
Premyer Liqada urnir cədvəlinin sonuncu pilləsində yer alan və uğursuz idarəçilik fonunda çempionatı tərk edə biləcək komandalar sırasında adı birinci çəkilən klubda durum çox qarışıqdır.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov Bayıl təmsilçisinin düzgün strategiya müəyyənləşdirmədiyini deyib.
Bildirib ki, yaranmış vəziyyətdə bir nömrəli günahkar elə sponsor özüdür:
"Xəzər Dəniz Gəmiçiliyi mövsümün əvvəlində büdcəni artırdı. Yeni baş məşqçi təyin edildi və ilk mövsüm qarşıya qoyulan hədəf komandanın qurulması oldu.
Ancaq klubu ölkə kubokunda yarımfinala çıxaran məşqçilər qış fasiləsi elan olunan kimi istefaya göndərildi, yeni çalışdırıcı gəldi.
Bir sözlə, biriləri varlansın deyə, son 10 ayda saysız-hesabsız ubursuz futbolçular transfer edildi.
Sponsor gec olsa da, artıq masaya yumruğunu vurmalıdır. Futbol idarəçiliyi "sil başdan" təmizlənməlidir".
Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

