Şahin Diniyevə sonuncu dəfə barmaq silkələdilər – İntriqalar və acı etiraflar

1 Aprel 2023 12:40 Səbail 1 145
Şahin Diniyevə sonuncu dəfə barmaq silkələdilər – İntriqalar və acı etiraflar

Azərbaycan Premyer Liqasında cari mövsüm başa çatmaq üzrədir.

Dünən sonuncu – dördüncü dövrə start götürüb.

Gözlənildiyi kimi, “Qarabağ” rəqiblərini böyük fərqlə qabaqlayaraq, növbəti çempionluq yolunda inamla addımlayır.

“Sabah”la “Neftçi” isə oyunlarına görə layiq olduqları 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. Avrokuboklara vəsiqə verə biləcək dördüncü pillə uğrunda isə “Zirə” və “Qəbələ” mübarizə aparır.

Çempionatın aşkar autsayderi “Səbail”dir. Bu, əslində, gözlənilməzdir.

Çünki çempionatın əvvəlində klubun heyəti yeni qurulsa da, artıq ölkə kubokunda yarımfinala vəsiqə əldə edilmişdi. Özü də «dənizçilər»ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) kimi nüfuzlu bir təşkilat sponsorluq edir.

Son 30 il ərzində milli komandamızın və klublarımızın başında olan “mütəxəssislər” dəfələrlə milyonlarla azarkeşin əsəbi ilə oynayıb, yuxusuna haram qatıb və xəstə salıb.

Hətta dünyadan köçənləri də az deyil. Belə “mütəxəssislər”dən biri də Şahin Diniyevdir.

Acınacaqlı haldır ki, Azərbaycan futbol tarixinə “qara ləkə” kimi düşmüş məğlubiyyətin müəllifi və heç vaxt peşəkarlığı ilə seçilməyən “intriqabaz” ötən ilin dekabrında kluba baş məşqçi kimi gətirildi.

Elə həmin gün o, öz qeyri-peşəkarlığını bir daha nümayiş etdirdi. Yəni, xələfinin nizam-intizamı pozmasına və ab-havanı korlamasına görə komandadan uzaqlaşdırdığı 4 oyunçudan 3-nü geri qaytardı.

Təbii ki, bu cür qərarlar kluba xeyir verə bilməzdi. Və yeni ildən sonra məğlubiyyətlər bir-birini əvəzləməyə başladı.

Yada salmaq kifayətdir ki, 2015-2017-ci illərdə “Kəpəz”də baş vermiş xoşagəlməz hadisələr, yəni, maliyyə fırıldaqlarının iştirakçılarından biri də məhz Şahin Diniyev olub.

Bunu o, özü də sonradan etiraf edib. Bildirib ki, hər ay bank kartına köçürülən müəyyən məbləğin bir hissəsini klub rəhbərliyindəki digər fırıldaqçılarla bölüşdürüb.

Bunu o vaxt “Kəpəz”in mühasibi də təsdiqləmişdi. Bu hadisə böyük qalmaqal doğurdu və bəzi simalar, o cümlədən, Diniyev komandadan uzaqlaşdırıldılar.

Təəssüflə qeyd edək ki, ölkə futbolunda boş-boş, yalançı vədlər verən, maliyyə maxinasiyaları ilə məşğul olan simalar işləyir. Bir çox hallarda hətta rəhbər vəzifələr tuturlar. B

unun dəfələrlə şahidi olmuşuq. Lakin Şahin Diniyevin dilindən futbolumuzdakı vəziyyətlə bağlı söylədiklərini eşitdikdə, bir daha əmin olursan ki, bu “mütəxəssislər” yığnağı, əslində, 30 ilə yaxındır ki, hamımızı aldadırlar.

Gəlin, Şahin Diniyevin bir müddət öncə media portallarından birinə verdiyi müsahibədən sitatlarla tanış olaq:

“Biz futbol ölkəsi deyilik. Nə strategiyamız var, nə də proqramımız. Nəyi harada və necə etməyimizi bilmirik. Azərbaycanda uşaq futbolu yoxdur. Milli komandanın bir çox futbolçuları küçədə futbol oynamağı öyrənib. Mənim üçün futbol oyun deyil, siyasətdir, həyatdır. Biz futbol oynamırıq, futbolla məzələnirik. Və ənənəyə görə azarkeşlərə bir çox şeyləri vəd verməyi sevirik. Aldadılmış azarkeş isə hər şeydən pisdir. Etiraf edirəm ki, Azərbaycan futbolunda arzuladığım uğurlara nail ola bilməmişəm”.

Nəzərə alsaq ki, çempionatın son turlarında “Səbail”i “Qarabağ”, “Turan” və “Şamaxı” ilə oyunlart gözləyir, indidən böyük ehtimalla, proqnozlaşdırmaq olar: bu klub Premyer Liqanı tərk edəcək.

Buna görə “Səbail” rəhbərliyi indidən düşünüb təxirə salınmadan çarə axtarmalıdır ki, Şahin Diniyev kimi “mütəxəssislər”in ümidinə qalmasın.

Aldığımız son məlumata görə, klub rəhbərliyi intiriqalardan duyuq düşüb. Və anlayıb ki, başqasının bədbəxtliyi üzərində özünə xoşbəxtlik qurmaq mümkün deyil.

Şahin Diniyevə son xəbərdarlıq edilib. Təəssüf ki, o, bu yolu - intriqabazlığı və badalaq vurmaq yolunu tutmuşdu. Halbuki özünün dediyinə görə, həyatda ən nifrət etdiyi şey xəyanətdir.

Bundan böyük riyakarlıq ola bilərmi?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?