"Qazanmaq üçün gedirik"

31 Mart 2023 02:40 Səbail 581
"Qazanmaq üçün gedirik"

"Səbail"in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə matçını dəyərləndirib.

Təcrübəli forvard Gəncəyə qələbə üçün getdiklərini deyib:

"Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq.

“Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik.

Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti