AFFA biabırçılığa görə hesabat tələb etdi – Qapalı iclas gözlənilir

29 Mart 2023 23:40 Səbail 923
AFFA biabırçılığa görə hesabat tələb etdi – Qapalı iclas gözlənilir

AFFA millinin baş məşqçisi Canni De Byazidən hesabat tələb edib.

Komandanın AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start verməsi federasiya rəhbərliyini hərəkətə gətirib.

Yığmanın öncə Avstriyaya 1:4, ardınca İsveçə 0:5 hesablı məğlubiyyəti ictimaiyyətdə böyük narazılıqla qarşılanıb və quruma yönəlik təzyiq/tənqidləri artırıb.

Mediada və sosial şəbəkələrdə bununla bağlı çoxsaylı yazı/şərhlərə rast gəlməkdəyik. Eləcə də ölkənin idarəetmə aparatına aid çevrələrdən AFFA-ya müxtəlif sorğular daxil olmaqdadır.

Vəziyyətin ciddiliyini anlayan federasiya mənsubları italiyalı çalışdırıcıya raport hazırlamasını tapşırıb. Apenninli mütəxəssis yaxın günlərdə onlarla görüşməli və biabırçı məğlubiyyətə dair fikirlərini bildirməlidir.

AFFA prezidenti Rövnəq Abdullayevin başçılığı ilə qapalı iclasın keçirilməsi də gündəmdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti