
«Səbail»in baş məşqçisi klubun idarəçilərindən narazıdır.
Ötən ilin dekabrında görəvə gələn çalışdırıcı bununla bağlı yaxın çevrəsinə şikayət edib.
O, rəsmilərdən dəstək görmədiyini, işinə müdaxilə etmək istəyənlərin olduğunu bildirib. Diniyev deyib ki, burada işləmək çətindir, çünki hamı yumruğu bir yerə vurmur.
AFFA Məşqçilər Komitəsinin sabiq üzvü qeyd eləyib ki, idman direktoru Fərəc Əliyevin ona simpatiya ilə yanaşmamasından və altdan-altdan əleyhinə iş aparmasından xəbərdardır.
SPORTİNFO.AZ