
Şahin Diniyevin «Səbail»ə təyinatı ilə bağlı bəzi yeni məqamlar üzə çıxıb.
Məlum olub ki, idman direktoru Fərəc Əliyev onun namizədliyini dəstəkləməyib.
Klub rəhbərliyinin bununla bağlı keçirdiyi toplantıya qatılan funksioner bitərəf qalıb. O. sonadək Kaxaber Sxadadze variantı üzərində dayanıb.
Bəli, bu da təsadüfi deyil. Əliyev vaxtilə «İnter»də (indiki «Şamaxı») operator işləyərkən, gürcü komandanın sükanı arxasında dayanıb.
Tərəflərin münasibətləri həmin vaxtdan başlayıb.
İdman direktoru hələ ötən ilin mayında – Aftandil Hacıyevlə sözləşməyə birtərəfli xitam verilərkən, Kaxanı Azərbaycana qaytarmağa çalışıb. Gəl ki, Mahmud Qurbanovun təyinatına mane ola bilmədi.
Bu dəfə isə AFFA-nın mövqeyi həlledici olub. Düzdür, federasiyaya yaxın mətbu orqanlar Qurbanov sonra 7-8 məşqçinin gündəmə gətirildiyini iddia edir, bilin ki, bu, şayiədən başqa bir şey deyil.
Sxadadze və Diniyev - vəssalam! Üçüncü bir mütəxəssis müzakirə mövzusu olmayıb. AFFA-nın Diniyevə Müşahidə Şurasının üzvləri «yox» deyə bilməyib.
Müzakirələr vaxtı Əbdülqəni Nurməmmədov fəallığı ilə seçilib. O, Mahmud Qurbanovun əleyhinə fikirlər səsləndirib, federasiyanın adamını «ən yaxşı seçim» adlandırıb.
SPORTİNFO.AZ