Azərbaycan klubunun hücumçusu koronavirusa yoluxub?

4 Dekabr 2021 17:00 Səbail 623
Azərbaycan klubunun hücumçusu koronavirusa yoluxub?

Premyer Liqanın bu gün keçirilən XIII turunun “Keşlə” ilə oyunu ərəfəsində “Səbail” itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Aftandil Hacıyev təcrübəli hücumçusu Rauf Əliyevin xidmətindən məhrum olub.

Forvard sağlamlığındakı problem üzündən heyətdən kənar qalıb. Soyuqlama səbəbindən oyunda iştirak etməyəcək futbolçuda koronavirus şübhəsi də istisna deyil.

Böyük ehtimalla, hücumçunun durumuna test verdikdən sonra aydınlıq gələcək.

Ondan başqa, daha üç oyunçu “Səbail”ə kömək etmir. Nikolas Raysel cəza, Vidadi Cəfərov və Elmir Tağıyev zədə səbəbindən meydana çıxmayıb.

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"