Azərbaycan klubunu Norveçin ikinci liqasına dəyişdi

4 Avqust 2021 23:20 Səbail 1 267
Azərbaycan klubunu Norveçin ikinci liqasına dəyişdi

"Səbail" ilə müqaviləsinin müddətini uzatmayan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı qapıçı "Hamarkameratene" ilə anlaşıb.

2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən qvatemalalı kiper 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.

"Hamarkameratene" ölkənin ikinci liqasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti