Heç bilirisz, Həbibin ən çox sevdiyi futbolçu kimdi?

1 Noyabr 2018 21:00 Sambo 1 185
Heç bilirisz, Həbibin ən çox sevdiyi futbolçu kimdi?

UFC versiyası üzrə keçirilən döyüşdə Konor Makqreqora qalib gələrək titulunu qoruyan Həbib Nurməhəmmədov ən çox sevdiyi futbolçunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, dağıstanlı idmançı “Əl-İttihad” qəzetinə verdiyi açıqlamada “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahın heyranı olduğunu deyib:

“Məhəmməd Salahla tanış olmamışam, amma onu yaxından izləyirəm. Çox yaxşı futbolçudur. Mədəniyyətimizi və əxlaqımızı dünyaya çatdırmaq üçün onun kimi insanlara ehtiyacımız var.

Sıfırdan bu yerlərə gəlib çatdı, çünki hər zaman intizamlı olub. Allah bizim yanımızdadır, mən belə hiss edirəm. Yeni nəslin Məhəmməd Salahdan öyrənəcəyi çox şey var. O, həqiqi bir idealdır. Onun heyranıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!