Teymur Rəcəbov İddiaçılar Turnirini macar üzərində qələbə ilə başa vurdu

5 İyul 2022 01:40 Şahmat 660
Teymur Rəcəbov İddiaçılar Turnirini macar üzərində qələbə ilə başa vurdu

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib.

Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.

Rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.

Xəbər Lenti