"Real"ın məşqçisi Azərbaycan klubunu çalışdıracaq?

3 İyul 2020 20:20 Sabah 1 600
"Real"ın məşqçisi Azərbaycan klubunu çalışdıracaq?

«Sabah» bu gün Jelko Sopiçlə yollarını rəsmən ayırdı.

Sözləşməsi 2021-ci ilin yayında bitəcək xorvatiyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi.

Böyük hədəfləri olan komandanı bundan sonra kimin çalışdıracağı hamını həm düşündürür, həm də maraqlandırır. Bildiyimizə görə, yerlilər arasında namizədlər o qədər də çox deyil. haradasa bir neçə nəfər.

Onlardan biri «Sumqayıt»la müqaviləsi başa çatan və «Zirə»nin də gələcək planlarında yer alan Ayxan Abbasovdursa, digəri mövsümün əvvəlindən «Sabah»ın məşqçilər korpusunda yer alan Ramin Quliyevdir.

Əcnəbilərə gəlincə, istər yerli, istərsə də da xarici menecerlərdən təkliflər yağmaqdadır. Özünü «Sabah»da görən mütəxəssislərdən biri ispaniyalıdır. Hələlik adı açıqlanmayan məşqçinin vaxtilə Madrid «Real»ında çalışdığı bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti