"Sabah"dan Sopçə təzminat və yeni baş məşqçi haqda AÇIQLAMA

3 İyul 2020 16:28 Sabah 1 316
"Sabah"dan Sopçə təzminat və yeni baş məşqçi haqda AÇIQLAMA

Bilindiyi kimi, "Sabah" bu gün baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.

Masazır təmsilçisi buna görə balkanlı çalışdırıcıya təzminat ödəyibmi? Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bu barədə Sportinfo.az-a deyib:

"Sopiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məsələnin maliyyə tərəfi barədə açıqlama verə bilmərik. Yeni baş məşqçi məsələsi dəqiqləşən kimi bu barədə rəsmi açıqlama verəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti