"O, hiyləgərdir! Səndən yapışır, bağırır, vurur…"

27 Aprel 2020 15:06 Sabah 863
"O, hiyləgərdir! Səndən yapışır, bağırır, vurur…"

“Marko Deviç barışmaz, özünə xas olmayan oyun tərzi ilə ağlıma gəlir”.

Sportinfo.az xəbər verir ki, bunu “Şaxtyor”da (Donetsk) çıxış edən Sergey Krivtsov klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı ukraynalı müdafiəçi karyerasını “Sabah” klubunda bitirən hücumçunun matç zamanı oyunçulardan yapışdığını bildirib: “O, hər zaman rəqib oyunçuya yapışır, simulyasiya edir, bağırır, dirsəkləri ilə vurur və hakimin diqqətini çəkir.

Bəzən sizin əlinizdən tutur, birlikdə yıxılırsınız və o, ya penalti, ya da cərimə zərbəsi istəyir. Deviçə qarşı oynayanda belə futbol biclikləri üzündən əsəbi olursan.

Onunla birlikdə olanda komanda üçün müsbət oyunçu olduğunu başa düşürsən. Qələbəni daha hiyləgər və daha yaxşı hazırlaşan komanda qazanır”.

Serbiya əsilli Marko Deviç daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən 37 yaşlı hücumçu cari mövsümün qış fasiləsində yenidən Masazır təmsilçisinə transfer olunub.

Onun müqaviləsi cari mövsümün sonunadək olsa da, koronavirus pandemiyası səbəbindən sözləşməsinə mövsüm bitməmiş xitam verilib.

Sergey Krivtsov 2010-cu ildən “Şaxtyor”da çıxış edir, Marko Deviç isə 2012/2013 mövsümündə Donetsk təmsilçisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti