"Bura gəlməyimin səbəbi daha səviyyəli çempionatda çıxış etməkdir”

21 Aprel 2020 16:45 Sabah 531
"Bura gəlməyimin səbəbi daha səviyyəli çempionatda çıxış etməkdir”

Qışda "Sabah"dan Kolumbiya klubu "Deportes Tolima"ya keçən Rocer Roxas ölkə mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Kolumbiya çempionatı ilə Azərbaycan Premyer Liqasını da müqayisə edib.

Rocer Roxas cari mövsümün ilk yarısında Premyer Liqada 11 matçda ümumilikdə 382 dəqiqə meydanda olub: “Kolumbiyada çempionat texnikalı və sürətlidir. Burada çox yaxşı stadionlar var.

“Deportes Tolima”da daimi oynayaraq komandaya faydalı olacam. Azərbaycanda zədə səbəbindən davamlı forma geyinə bilmirdim. Bura gəlməyimin səbəbi isə daha səviyyəli çempionatda çıxış etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti