"Hansı yığmanın formasını geyinəcəyimlə bağlı qərarımı vermişəm"

17 Aprel 2020 00:00 Sabah 843
"Hansı yığmanın formasını geyinəcəyimlə bağlı qərarımı vermişəm"

"Hələ ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edirəm. Əsas millidə debüt etməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü deyib.

Cari mövsümün əvvəlində "Giresunspor"dan "Sabah"a üz tutan 22 yaşlı hücumameyilli futbolçu əsas milli ilə bağlı qərarını qətiləşdirib. Bir müddət əvvəl adı Türkiyə yığması ilə də hallanan gənc futbolçu konkret ad çəkməkdən imtina edib:

"Özümü yaxşı səviyyədə göstərib əsas millidə oynamaq istəyirəm. Yığma seçimimi artıq dəqiqləşdirmişəm. Bunu hələlik özüm üçün saxlayıram. Yəni hansı yığmanın formasını geyinəcəyimlə bağlı qərarımı vermişəm. İnşallah, klub səviyyəsində yüksək performans sərgiləyərək, arzuladığım milliyə çağırılaram".

"Qroningen"in yetirməsi olan Ozan Can Kökçü "Feyenoord"un U-19 komandasında, həmçinin "Bursaspor" və "Valveyk"in də formasını geyinib. Onun "Sabah"la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"